"Sumqayıt" "Qəbələ"nin futbolçusunu transfer etdi

"Sumqayıt" mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb. 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, "kimyaçılar" "Qəbələ"nin futbolçusu  Ehtiram Şahverdiyevlə 2,5 illik müqavilə imzalayıb. Gənc hücumçu yeni komandasında 77 nömrəli formanı geyəcək.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan 20 yaşlı hücumçu Azərbaycanın U-21 millisinin də üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right