"Qəbələ" ilə çempion olmaq vaxtıdır" Daniel Subotiç

"Qəbələ" razılığa gəldiyi Moldovanın "Şerif" klubunun futbolçusu Daniel Subotiçə rəsmi "facebook" vasitəsi ilə "hazırsanmı?" sualı ünvanlayıb.

 

Newsport.az xəbər verir ki, isveçrəli hücumçu bu suala cavabında bunları bildirib:

 

“Bura geri qayıtdığım üçün xoşbəxtəm. Qəbələ” ilə bağlı çoxlu xoş xatirələrim və bu klubda qazandığım uğurlar var. Yenidən bu cür böyük klubda oynamaq imkanı əldə etdim. İndi “Qəbələ” ilə çempion olmaq vaxtıdır. Mən buna hazıram”.

 

Qeyd edək ki, 2013/14 mövsümündə komandanın uğurları üçün çalışan 27 yaşlı forvard "qırmızı qaralar"ın heyətində 29 oyuna 12 qol vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right