Azərbaycan derbisində qalib müəyyənləşmədi, "Zirə"dən qələbə YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XV turun növbəti oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, baş tutacaq iki oyunla tura yekun vurulacaq.

Günün ilk oyunu Zirədə baş tutacaq. Fasilədə baş məşqçisi Adil Şükürovla yollarını ayıran və Ayxan Abbasova tapşırılan “Zirə” öz meydanında AZAL-ı qəbul edəcək. “Qartallar” autsayder rəqibini məğlub etməklə, Qəbələ səfərində 1 xalla qayıdan “Sumqayıt”la xallarını bərabərləşdirə bilər. AZAL isə sonuncu pillədən yaxa qurtarmaq üçün öncə “Zirə”ni məğlub etməli, daha sonra isə “Neftçi”nin “Qarabağ”la səfərdə xal itirməsini gözləməlidir.

Tura Azərbaycan derbisi ilə, “Qarabağ” – “Neftçi” oyunu ilə yekun vurulacaq. Ağdam klubu birinci pillədəki yerini daha da möhkəmlətmək istəyirsə, “Qəbələ”nin xal itirməsindən istifadə etməli, “Neftçi” üzərində mütləq qələbə qazanmalıdı. Qışda heyətində böyük dəyişikliklər edən “Neftçi” isə özünü sübut etmək üçün mübarizə aparacaq.

Azərbaycan Premyer Liqası


XIX tur

29 yanvar 
 

“Zirə” – AZAL 2:1 

QOL: Sezar Meza Kolli, 11, 29 - Rəşad Abdullayev, 50

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu


17:30. "Qarabağ” - "Neftçi”  1-1

Qol: Dino Ndlovu, 73 (pen) - Cavid İmamverdiyev, 12
Hakimlər:
 Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
"Azərsun Arena”  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right