Araz Abdullayev bu gün yeni komandası “Qəbələ”də ilk rəsmi oyuna çıxıb.
Newsport.az xəbər verir ki, Premyer Liqanın 15-ci turunun “Sumqayıt”a qarşı keçirilən matçın 78-ci dəqiqəsində “Neftçi”nin sabiq kapitanı Ruslan Qurbanovun əvəzinə meydana daxil olub.
Xatırladaq ki, Araz “Qəbələ”yə bu qış transfer pəncərəsi dövründə transfer olunub.