Ramin Musayev: "İnter”in pulu olmasaydı, Antalyaya hazırlığa getməzdi"

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Beynəlxalq Bankının Bakının “İnter” klubuna sponsorluğunu dayandırmasına qısa münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, Musayev açıqlamasında deyib ki, PFL-ə bu məsələ ilə bağlı rəsmi müraciət daxil olmadığında fikir bildirmək istəmir:

“Amma onu deyim ki, “İnter”in pulu olmasaydı, Antalyaya hazırlığa getməzdi. Hər halda Türkiyə səfərinə xeyli vəsait xərclənir”. 

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti “İnter” Peşəkar İdman Klubuna bank tərəfindən sponsorluğun dayandırılmasına qərar verib. Bankın İdarə Heyətinin sədri Xalid Əhədov bildirib ki, klub sponsor üçün açıq elan olunur: "Kluba sponsorluq etmək istəyənlər bununla bağlı AFFA-ya müraciət edə bilər". (qol.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right