Renat Dadaşov klubunu da dəyişdi

Almaniyanın U-17 millisində çıxış etmiş Renat Dadaşovun Azərbaycan yığmasını seçdiyi haqda məlumatlısız.

 

Newsport.az xəbər verir ki, 17 yaşlı forvard klubunu da dəyişib. Gələcəyin ulduzu hesab edilən Renat “Leyptsiq” klubundan ayrılıb. Dadaşov “Ayntraxt” klubuna transfer olub.

 

Bu barədə Frankfurt klubunun Fredi Bobiç məlumat verib. Almaniya millisinin sabiq hücumçusu Renatın transfer haqda bu sözləri söyləyib:

 

“Renatın transferindən məmnunuq. Onun keyfiyyətlərinə yaxşı bələdəm. Aşağı yaş qruplarında bombardir olub. O, gələcəkdə bizə çox kömək edəcək və bizim üçüçn qollar vuracaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right