"Sumqayıt"ın futbolçusu üçün mövsüm başa çatdı

"Sumqayıt"ın heyətində ciddi itki baş verib.

 

Newsport.az xəbər verir ki, "kimyaçılar"ın müdafiəçisi Vaquf Gülalıyev sıradan çıxıb. 23 yaşlı sol cinah müdafiəçisi Antalya toplanışı zamanı Qazaxıstanın "Atırau" klubu ilə keçirilən hazırlıq qarşılaşmasında zədələnib.

 

Gənc futbolçunun dizinin çarpaz bağları qopub. Gələn həftə əməliyyat olunacaq müdafiəçinin 6 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir. Bu isə onun üçün mövsümün bitməsi deməkdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right