"Səbail" Macarıstan klubunu məğlub etdi

"Səbail" bu gün Antalyada sonuncu yoldaşlıq görüşünü keçirib.

 

Newsport.az xəbər verir ki, rəqib Macarıstanın aşağı dəstə təmsilçisi "Szeged" klubu olub. "Arcadia Hotel"in stadionunda baş tutan oyunda "aslanlar" 2:1 hesablı qələbə qazanıb. Bakılıların qollarını Ramazan Abbasov və Orxan Səfiyaroğlu vurub.

 

Komanda meydana bu əsas heyətlə çıxıb: Rəşad Əzizli, Saşa Yunisoğlu (K), Anar Babayev, Fərid Səmədzadə, Ramazan Abbasov, Orxan Qurbanlı, Aslan Hüseynov, Eltun Yaqublu, Ruslan Tağızadə, Bayram Budaqov, Mirzağa Hüseynpur.

 

"Səbail" yanvarın 28-i Antalya toplanışını yekunlaşdıracaq və həmin gün günorta saatlarında vətənə dönəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right