"Şahdağ" klubunda növbəti ayrılıq gerçəkləşib.
Newsport.az-ın məlumatına görə, komandanın yarımmüdafiəçisi Haqverdi Həsənov I Divizionda çıxış edən digər kluba - "Qaradağ Lökbatan"a transfer olunub. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Şahdağ"ın digər futbolçusu Sərxan Ağayev bu gün "Şəmkir"ə, Vüqar Əlibabayev isə "Mil-Muğan"a transfer edilib.