AFFA-dan Kosovo qərarı

"Biz UEFA-nın qaydalarına uyğun olaraq, Kosovo yığması ilə həm evdə, həm də səfərdə oynayacağıq". 

Newsport.az-ın məlumatına görə, bunu  AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının 2019-cu il Avropa çempionatının seçmə qrup mərhələsində Kosovo yığması ilə qarşılaşma haqqında danışarkən deyib.

M.Nərimanoğlu bildirib ki, futbol idman növüdür və bunun siyasətə heç bir qarışacağı yoxdur: "UEFA da siyasi qurumu deyil, idman təşkilatıdır. Bu səbəbdən, Avropa futbol qurumunun qaydalarına əsasən, oyunlarımızı keçirəcəyik. Üstəlik Kosovo idmançıları "Bakı 2015" I Avropa Oyunlarında da iştirak edib".

Azərbaycan yığması AÇ-2019-un seçmə qrup mərhələsində Almaniya, İsrail, Norveç, İrlandiya və Kosova yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan Kosovonu müstəqil dövlət kimi tanımır.

Report





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right