Hakimimiz Pavel Paşayevin oyununda qırmızı vərəqəsiz keçinmədi

Azərbaycanlı hakimlər Antalyadakı təlim-məşq toplanışının son günündə də idarə etdikləri matçda qırmızı vərəqəsiz ötüşməyib.
Newsport.az-ın məlumatına görə, bu dəfə Emin Nağlbəyov baş hakimi olduğu "Stal" (Ukrayna) - "Tırqu Mureş" (Rumıniya) oyununda futbolçunu meydandan qovub.
 
Bu, Rumıniya klubunun seneqallı müdafiəçisi Qaston Mendi olub. Legioner 36-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan çıxarılıb. Düzdür, bu, yoxlama oyunu olduğundan "Tırqu Mureş" azlıqda qalmayıb və Mendinin əvəzinə meydana yeni futbolçu daxil olub.
 
Nağılbəyov bu oyunda 6 sarı vərəqə göstərib ki, onlardan yarısı "Stal"a olub. Ancaq onlar arasında nillimizin müdafiəçisi Pavel Paşayev olmayıb. Futbolçumuz strat heyətində meydana daxil olub və 46-cı dəqiqə əvəzlənib. 
 
Nağıbəyova matçda yan xətt hakimləri Zeynal Zeynalovla Rahil Məmmədov yardımçı olub. Matç ukraynalıların 2:0 hesablı qələbəsi ilə nəticələnib. 
 
Ukraynalıların oyununda digər hakim bridaqamız "Karpatı"ının əvəzedici komandasının Qazaxıstanın "Akjayık" klubu ilə matçında iş başında olub. Bu, Qorxmaz Eldarovun baş hakimi olduğu qarşılaşmadır ki, ona Vüsal Qəmbərovla Namiq Hüseynov yardımçı olub.
 
Qeyd edək ki, FİFA referimiz Rəhim Həsənov dünən Ukraynanın "Dnepr" klubunun Zaqreb "Dinamo"suna 1:3 hesabı ilə uduzduğu matçda "Qarabağ"ın sabiq legioneri Sergey Kravçenkonu meydandan qovub. "Dnepr"in yarımmüdafiçisi 70-ci dəqiqədə əvvəlcə sarı, sonra qırmızı vərəqə göstərib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right