Robert Prosineçki: "Yaxın gələcəkdə Azərbaycanda olacağam"

Adı Türkiyənin "Bursaspor" klubu ilə hallanan milli komandamızın baş məşqçisi Robert Prosineçki məsələyə münasibət bildirib.

 

Newsport.az xəbər verir ki, xorvat çalışdırıcı "Goal.com"a verdiyi açıqlamasında millimizdən ayrılmayacağını bildirib:

 

"Bursaspor"la danışıqlarımız oldu. Ancaq Azərbaycan millisi ilə davam edən 1 illik müqaviləm var. Qısa zamanda hər hansı komanda dəyişikliyi etməyəcəm".

 

Xorvatiyalı mütəxəssis həm Azərbaycan, həm də "Bursaspor"u çalışdırması variantı ilə bağlı suala isə belə cavab verib:

 

"Xeyr. Həm Azərbaycan millisində, həm də "Bursaspor"da eyni anda çalışmağın sağlam fikir olduğunu düşünmürəm. Yaxın gələcəkdə Azərbaycanda olacağam".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right