"Zirə" "Sumqayıt"ı məğlub etdi

“Sumqayıt” əsas komandası ilə yanaşı əvəzediciləri də çempionatın 3-cü dövrəsi üçün təlim-məşq toplanışını başa vurub.

Newsport.az-ın məlumatına görə, "kimyaçılar" hazırlıq prosesi çərçivəsində son yoxlama oyununu keçirib. "Sumqayıt"ın əvəzediciləri "Kapital Bank Arena"da "Zirə"nin əvəzediciləri ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, bundan öncə "Sumqayıt", "Şahdağ" və "İnter"in əvəzediciləri ilə yoxlama oyunu keçirmişdi və hər iki oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı.

Qeyd edək ki, "Sumqayıt" FK-ın əvəzediciləri 2 günlük isirahətin ardından sabahdan etibarən "Qəbələ" ilə oyunun hazırlığına başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right