"Sumqayıt" "Qəbələ" üçün başladı

Premyer Liqanın ikinci yarısına hazırlaşan "Sumqayıt" Futbol Klubu Antalya toplanışından qayıtdıqdan sonra iki günlük istirahəti başa vuraraq məşqlərə sart verib.

Newsport.az-ın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda axşam saat 17:00-da "Kapital Bank Arena"da ilk məşqini keçirib. Zədəli olan Vaqif Güləliyev hazırlığa qatılmayıb, bərpa prosesi keçən Ayaz Mehdiyev isə fərdi məşqlərlə kifayətlənib. Bu arada, U-21-in düşərgəsindən qayıdan Xəyal Nəcəfov və Yusif Nəbiyev də artıq kollektivə qoşulub.

Qeyd edək ki, "Sumqayıt" FK həftəsonu Premyer Liqanın 19-cu turu çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right