"Neftçi"də lazımsız dəyişiklik FOTO

“Neftçi”nin avtobusunun dizaynı dəyişdirilib.

Newsport.az xəbər verir ki, avtobusun rəngi qara rəngə boyanıb. Atobusun əvvəlki rəngi isə ağ rəngdə idi. Komandanın loqosunu avtobusun arxa təkərinə vurublar. Bu, “ağ-qaralar”ın premyer Liqadakı vəziyyətini əks etdirir, çox güman.

 Təbii ki, bu, heç də ucuz başa gəlməyib. Maliyyə sıxıntısı olan vaxtda “Neftçi”nin belə bir lazımsız addım atmağı qəribədir. Görünür, “Neftçi”yə pul axını davam edir. Gələn-gedən klubda at oynadır, büdəcəni talayır. Klubun icraçı direktoru Orxan Hüseynzadə transferlərlə birbaşa özü məşğul olur və Müşahidə Şurasınına əhəmiyyət vermir. Pulu olmayan klub bu qədər transfer edə bilər? Baş tutan transferlərdən heç biri MŞ-da müzakirə olunmayıb. Hər halda “Neftçi” yeni transferlərə bir ətək pul töküb. Yeni icraçı direktor da sələfinin səhvlərini edir. Heyətin dəyişilməsi “Neftçi”nin autsayder statusundan xilas olması demək deyil.

Orxan Hüseynzadənin müavini Elnur Eyvazov da klubu talayanlardan biridi. Adaşı Elnur Məmmədov kimi. Məmmədov estafet çubuğunu Eyvazova verib. Elnur Eyvazov da tezliklə özünü “tutacaq”. Doğma övladına küçə söyüşü öyrədən insandan artıq nə gözləmək olar?

Eyvazov "Neftçi"də vəzifə sahibi olmazdan öncə reklam və dizayn şirkətinin direktoru olub. Adamın işi budur da. Dizayn vermək, kağız yapışdırmaq. Əşi, "Neftçi"nin bu rəhbərliyinə də "bir quş". Nə qədər ki, bu komandaya idman adamları rəhbərlik etməyəcək, biz klubun loqosunu PFL-in saytında Premyer Liqanın turnir cədvəlində axırıncı sıralarda görəcəyik. Menecer və "reklamşik"ə isə xeyir-dua verməkdən başqa əlacımız qalmır. "Bazar olsun".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right