"Birlik kuboku" ilə bağlı Azərbaycandan yaxşı təklif almışıq" Vitali Mutko

Gələcəkdə klublar arasında “Birlik kuboku” yarışı bərpa oluna bilər.

 

Newsport.az xəbər verir ki, “Sport-weekend” nəşrinə müsahibəsində Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko məsələ ilə bağlı UEFA-nın prezidenti Aleksader Çeferinlə danışıqlar aparıldığını söyləyib:

 

“Biz klubları həmin yarışa qaytarmaq istəyiriksə, bunu necə edəcəyimizi fikirləşməliyik. Məsələn, bu yarışı Soçidə keçirmək olar. Bununla bağlı azərbaycanlı həmkarlarımızın yaxşı təklifi var. Mükafat fondunu da yüksək etmək olar. Gənclərdən ibarət milli komandaların iştirakı uğursuz variant oldu”.


Qeyd edək ki, keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə “Birlik kuboku” yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnirə gənclərdən ibarət milli komandalar qatılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right