Bolqarıstan millisinin üzvü Azərbaycana gəlir?

Bolqarıstan millisinin və “Neftximmik”in hücumçusu Ventsislav Xristov Azərbaycandan təklif alıb.

 

Newsport.az Bolqarıstanın “24 çasa” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu üçün Qazxıstan və Azərbaycan klubları təklif göndərib. “Neftximmik” hücumçunu transfer etmək istəyən klublardan 80 min avro təzminat tələb edir.

 

Qeyd edək ki, mənbədə Xristovun xidmətində maraqlı olan klubların adı qeyd edilməyib.

 

Əlavə edək ki, Ventsislav Xristov bu mövsüm Bolqarıstan çempionatında 11 oyun keçirib və 3 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right