Dario Federiko gəlir...

"Kəpəz" legioneri Dario Frederikoya tezliklə qovuşacaq. 

Newsport.az-ın məlumatına görə, Renan Alveşlə Dario Frederiko İstanbuldakı kəskin hava şəraitinə görə "Kəpəz"in sıralarına gec qoşulmalı idilər. Sonradan Renan düşərgəyə gəlsə də, Darionun gəlişi növbəti dəfə təxirə düşmüşdü. 

Bizdə olan məlumata görə, Darionun düşərgəyə daha gec qoşulması ailə problemləri ilə bağlıdı. Belə ki, futbolçunun atasının vəziyyəti ürəkaçan deyil. Dario məhz atası komada olduğu üçün Gəncə klubunun düşərgəsinə gec qayıtmalı olub. 

Əldə etdiyimiz bilgiyə görə,  braziliyalı futbolçu hazırda İstanbuldadır. Onun səhər saatlarında ölkəmizə çatacağı gözlənilir. 

Qeyd edək ki, bu gün yerli mətbuatda Darionun "Kəpəz"ə gəlməyəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Futbol11.az  

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right