“Qəbələ”nin Bolqarıstan millisinin sabiq hücumçusu Valeri Bojinovla anlaşa biləcəyi barədə xəbər vermişdik. Serbiya mətbuatında “qırmızı-qaralar”la hücumçunun anlaşdığı, hətta 1,5 illik müqavilənin bağlanması barədə razılaşdığı barədə xəbər yer almışdı.
Newsport.az-ın məlumatına görə , 30 yaşlı hücumçunun “Partizan”la müqavilə müddəti bu ilin yayında bitəcək. Məsələylə bağlı “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı Komanda.az-a açıqlama verib. Klub rəsmisi keçidin alınmaq ehtimalının 50 faiz olduğunu deyib:
“Bu, bizdən və ya Bojinovdan asılı deyil. Məsələ yazıldığı qədər ciddi deyil. Alınmaq ehtimalı hardasa 50 faizdi. Keçidin alınması “Partizan”la futbolçu arasındakı danışıqlardan asılıdı. “Partizan” hələ ki, onu buraxmaq istəmir”.