Gürcüstan millisinin futbolçusu "Neftçi"dən imtina edib

Qazaxıstanın "Atırau" klubunun yeni transferi Uça Lobjanidze açıqlama verib..

 

Newsport.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi "Atırau"ya keçməmişdən əvəl Azərbaycandan təklif aldığını bildirib:

 

"Atırau"ya keçməmişdən əvvəl "Neftçi"dən və  digər bir Azərbaycan klubundan təklif almışdım. Bundan əlavə, Türkiyədən də təkliflər var idi. Ancaq mən Qazaxıstan variantını seçdim".

 

Qeyd edək ki, 2008-ci ildən Gürcüstan millisinə çağırılan Lobjanidze "Dinamo" (Tbilisi), "Zestafoni", "Dnepr", "Krivbass" və "Omoniya" kimi klublarda çıxış edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right