"İnter" çempionu məğlub etdi

Antalyada təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" klubu bu gün növbəti yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, "bankirlər" Tacikistan çempionu "İstiqlol"u ilə üz-üzə gəlib. Matç Zaur Svanadzenin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. "İnter"in qollarını Mirhüseyn Seyidov və Pərdis Fərcad Azad vurublar.

Qeyd edək ki, "İnter" Antalyada keçirdiyi iki yoxlama matçında da heç-heçə edib. İlk olaraq Qazaxıstanın "Ordabası" klubu ilə qolsuz bərabərə qalan komanda ardınca Rumıniya "Botoşani"si ilə sülh bağlayıb - 1:1.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right