Antalyada hazırlıq prosesində olan “Dnepr” “Şəmkir”la yoxlama oyunu keçirəcək.
Newsport.az-ın məlumatına görə, bu haqda Ukrayna klubunun saytı məlumat yayıb. Oyun Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.
Qeyd edək ki, Qəhrəman Əliyevin komandası ilk yoxlama oyununda Türkiyənin, "Kuşadası" klubuna 1:0, ikinci matçda isə Qazaxıstanın "Kiran" klubuna 2:1 hesabı ilə qalib gəlib.