Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün növbəti yoxlama matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Rumıniyanın "Qaz Metan" klubu ilə qarşılaşıb. Matç "Qəbələ"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Qeyd edək ki, "Qəbələ" Antalyadakı ilk yoxlma görüşündə Albaniyanın "Partizani" klubuna 1:2 hesabı ilə uduzub.“Qırmızı-qaralar”ın növbəti rəqibi Albaniyanın "Skenderbeu" klubu olacaq. Görüş yanvarın 23-də keçiriləcək.
Yoxlama oyunu
18:00. "Qəbələ" - "Qaz Metan" - 1:0
Qol: Filipp Ozobiç, 30