"Qarabağ" bu günün ikinci məşqinə çıxdı

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hazırlığın on üçüncü gününü komanda iki məşqlə başa vurub. Günün ikinci məşqi yerli saatla 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürüb. 90 dəqiqə davam edən məşqdə taktiki və toplu çalışmalara üstünlük verilib.

Günün ilk məşqində dizində ağrıları olan Rahid Əmirquliyev fərdi məşqlə kifayətlənsə də, zədəsini tez sağaldaraq axşam məşqində komandaya qoşulub.

Coşqun Diniyev və Reynaldo Silva isə fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right