2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 7-ci gününü yekunlaşdırıb.
Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Qırmızı-qaralar” bu gün iki hazırlıq keçib.
Roman Qriqorçukun yetirmələri günün ilk yarısında nəzəri məşğələ ilə kifayətləniblər. Günün ikinci hissəsində baş tutan məşq prosesində isə “qırmızı-qaralar” toplu çalışmalarla hazırlıq keçib.
Xatırladaq ki, sabah “Qəbələ” Antalyada ikinci yoxlama oyununa çıxacaq. Təmsilçimiz Rumıniyanın “Qaz Metan” klubu ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.