"Şəmkir" Türkiyədə üçüncü qələbəsini qazandı

Birinci divizion təmsilçisi “Şəmkir” Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
 

Newsport.az-ın məlumatına görə, qərb bölgəsi təmsilçisi azərbaycanlı futbolçu Samir Məsimovun və "Neftçi"nin sabiq qapıçısı Saşa Staminkoviçin çıxış etdiyi Qazaxıstanın "Ojetpes" klubu ilə  qarşılaşıb. Oyun I Divizion klubunun 1 - 0 hesablı qələbəsiylə başa çatıb. “Şəmkir”in heyətində Ruslan Varansov fərqlənib.
 
Qeyd edək ki, Qəhrəman Əliyevin yetirmələri daha əvvəl Türkiyə çempionatının aşağı liqasında çıxış edən "Kuşadası"nı 1 - 0 və Qazaxıstanın "Kıran" klubunu 2 - 1 hesabıyla məğlub etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right