Türkiyənin Antalya şəhərində qış hazırlığını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama görüşünü keçirib.
Newsport.az-ın məlumatına görə, "ağ-qaralar"ın rəqibi Rusiyanın "Tosno" klubu olub. Oyun 2 - 2 hesablı bərabərliklə başa çatıb. Paytaxt təmsilçisinin qollarını Ramon Kardozo və Murad Ağayev vurub.