"Neftçi" Rusiya klubu ilə heç-heçə etdi

Türkiyənin Antalya şəhərində qış hazırlığını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama görüşü keçirib.

Newsport.az-ın məlumatına görə, rəqib Rusiyanın "Tosno" klubu olub. Matç bərabərliklə başa çatıb - 2:2. "Neftçi"nin qollarını Ramon Kordozo və Murad Ağayev vurub.


Qeyd edək ki, "Neftçi" bundan əvvəlki yoxlama görüşlərində Türkiyənun "Sivasspor" klubu ilə qolsuz heç-heç edib, Özbəkistan "Nasaf"ına 0:1, Albaniyanın "Kukesi" klubuna isə 2:4 hesabı ilə məğlub olub.

Yoxlama oyunu

18:00. "Neftçi" - "Tosno" (Rusiya) - 2:2





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right