"Qəbələ" Albaniya klubuna uduzdu

Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən “Qəbələ”nin əvəzedicilərdən ibarət komandası ilk yoxlama oyununu keçirib.
 
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Hüseynqulu Quliyevin komandası Albaniyanın “Partizani” klubu ilə qarşılaşıb.

Görüş albanların 6:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Türkiyədəki təlim-məşq toplanışına yanvarın 14-də start verən əvəzedicilər daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.
 
Xatırladaq ki, bir neçə gün öncə "Qəbələ"nin əsas komandası da "Partizani" ilə oyunda qüvvəsini sınamış, 1:2 hesabıyla uduzmuşdu.
 


Yoxlama oyunu

16 yanvar

Qəbələ (əvəzedicilər) - Partizani (Albaniya) 2:6
Qollar:
 Rövlan Muradov, 25. Nurlan Quliyev, 39 - Qezim Krasniqi, 2. Mentor Mazrekay, 5; 22. Sodiq Atanda, 28. Realdo Fili, 41. Ardit Yaupay, 88.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right