Millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov növbəti dəfə alqışalayiq addım atıb.
Newsport.az-ın məlumatına görə, o, ATV kanalında yayımlanan “Bizimləsən” verilişində iştirak edən atası və anası tərəfindən atılmış bir uşağı sevindirib.
Böyrək xəstəliyindən əziyyət çəkən oğlan uşağı ötən verilişlərin birində Rəşad Sadıqovun fanatı olduğunu və onunla görüşmək istədiyini deyib.
Sadıqov Antalyada komandası ilə birgə təlim-məşq toplanışında olmasına baxmayaraq, "Bizimləsən" verilişi ilə əlaqə saxlayıb. Rəşad söz verib ki, yanvarın 23-ü Bakıya qayıdır və 24-ü ATV-yə gələrək balaca qəhrəmanla canlı görüşəcək.