Paraqvaylı futbolçu "Neftçi"yə qoşuldu

"Neftçi"nin Paraqvay millisinin sabiq üzvü Ramon Kardosoya təklif göndərdiyi haqda məlumat vermişdik.

 

Newsport.az xəbər verir ki, forvard baxışdan keçmək üçün "Neftçi"nin Antalyadakı təlim-məşq toplanışına qatılıb. 30 yaşlı futbolçu məşqçilər korpusunu razı sala bilsə, "ağ-qaralar"la müqavilə bağlayacaq.


Qeyd edək ki, Kardosonun son iş yeri ölkəsinin "Deportivo Kapiata" klubu olub. 30 yaşlı hücumçu vaxtı ilə Portuqaliyanın "Panafiel", "Nasional", "Vitoria Setubal" və "Moreyrense" klublarında forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right