Millimiz Almaniya klubunu darmadağın etdi

Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Bayern Alzenau” klubunun U-19 komandası ilə qarşılaşan millimiz 6:1 hesabı ilə qələbə qazanıb. Yığmamızın qollarını Benhur Kama, Yusup Xakimov, Mansur Nəhavəndi, Fəhmin Muradbəyli, Elnur Süleymanov və Vadim Ağarəhimov vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right