"Neftçi" Rumıniya klubu ilə qarşılaşacaq

"Neftçi"nin Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində sonuncu rəqibi müəyyənləşib.

 

Newsport.az xəbər verir ki, paytaxt klubu Rumıniya yüksək liqası təmsilçisi "Konkordia" ilə qarşılaşacaq. Bu barədə Rumıniya klubunun saytı məlumat yayıb.

 

Görüş yanvarın 19-da olacaq.

 

Qeyd edək ki, "Neftçi" bu qış keçirdiyi yoxlama görüşlərində "Sivasspor"la (Türkiyə) heç-heçə (0:0) edib, "Nasaf"a (Özbəkistan) 0:1, "Kukesi"yə (Albaniy)  2:4 hesabı ilə uduzub. Komanda yanvarın 17-də Rusiyanın I Divizion təmsilçisi "Tosno" ilə, yanvarın 18-də isə Premyer Liqada mübarizə aparan "Terek"lə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right