Zaur Svanadze: "Razı qaldım"

“Komanda hazırlıq müddətində birinci matçını keçirdi. İlk oyun üçün kifayət qədər normal oynadıq”.

Newsport.az-ın məlumatına görə, bu sözlər “İnter”in baş məşqçisi Zaur Svanadzeyə məxsusdur.

Türkiyədəki Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində Qazaxıstanın “Ordabaşı” klubu ilə qarşılaşan paytaxtklubu görüşdən qolsuz bərabərliklə ayrılıb. Oyun başa çatdıqdan sonra açıqlama verən çalışdırıcı fikirlərini bildirib. O, matçdan razı qaldığını deyib:

“Hər iki hissədə fərqli heyətlə çıxdıq, Zurab Xizanişvili istisna olmaqla, hamıya şans verdik. Müdafiədə çox ciddi oynadıq, demək olar, səhvə yol vermədik. Bütövlükdə ilk yoxlama matçından razı qaldım”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right