Millimiz Qazaxıstan klubu ilə heç-heçə etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən U-21 millimiz ikinci yoxlama matçını keçirib.

Newsport.az-ın məlumatına görə, Yaşar Vahabzadənin komandası Qazaxıstanın "Okjeptes" klubu ilə qarşılaşıb.

4 qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Millimizin qollarına Sərxan Baloğlu və Ocanzan Kökçü imza atıb.

Qeyd edək ki, millimiz ilk oyunda Almaniyanın “Rot Weis Erfurt” klubu ilə bərabərə qalmışdı - 0:0.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right