"Şəmkir" Qazaxıstan komandasını məğlub etdi

Birinci divizion təmsilçisi “Şəmkir” Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, “Şəmkir” Qazaxıstanın aşağı liqa klubu “Kıran”la qarşılaşıb. Oyun Şəmkir komandasının 2:1 hesablı qələbəsiylə başa çatıb. “Şəmkir”in heyətində Fərmayıl Əliyev və Vüsal Qarayev fərqlənib.

Qəhrəman Əliyevin yetirmələri daha əvvəl Türkiyə çempionatının aşağı liqasında çıxış edən "Kuşadası" ilə qarşılaşmış və 1:0 hesablı qələbə qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right