Newsport.az-ın məlumatına görə, hücumçu axtarışında olan "ağ-qaralar" hazırda ölkəsinin "Deportivo Kapiata" klubunda forma geyinən 30 yaşlı hücumçuya təklif göndərib.
Ancaq onun "Neftçi"də keçib-keçməyəcəyi bəlli deyil. Çünki Avropaya qayıtmağın əleyhinə olmayan forvarda bir neçə təklif var. Onun yaxın günlərdə yekun qərar verəcəyi gözlənilir.
Kardozo vaxtı ilə Portuqaliyanın "Panafiel", "Nasional", "Vitoria Setubal" və "Moreirense" klublarında formas geyinib. O, ötən il "Moreirense"dən "Deportivo Kapiata"ya keçib.
Xatırladaq ki, "Neftçi" qış transfer dönəmində 8 futbolçu ilə güclənib.