"Kəpəz" "Turan Tovuz"a məğlub oldu

Hazırlığı Gəncədə keçirən “Kəpəz”in əvəzedici heyəti yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, “sarı-göylər” səfərdə “Turan Tovuz” ilə qarşılaşıb. Matç ev sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Gəncə təmsilçisindən qolları Sahib Abbasov və Şəfi Bağırov vurub.

“Kəpəz” yanvarın 19-da I divizionun lideri ilə yenidən qarşılaşacaq. Bu oyun da Tovuzda keçiriləcək və saat 15:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right