"Şəmkir" Avroliqanın finalçısı ilə qarşılaşacaq

"Şəmkir"in Antalya toplanışı davam edir.

Newsport.az-ın məlumatına görə, komandanın hazırlıq zamanı yoldaşlıq oyunu keçirəcəyi rəqiblər məlum olub.

Komanda yanvarın 17-də Qazaxıstan Premyer Liqasında mübarizə aparan

"Okjetpes", yanvarın 18-də daha bir Qazaxıstan Premyer Liqa təmsilçisi olan "Tobol" komandası ilə qarşılaşacaq.

Yanvarın 19-da isə Qərb təmsilçisi 2014-2015-ci il mövsümünün Avroliqa finalçısı olan Ukraynanın "Dnepr" komandası olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right