"Kəpəz" toplanışın əsas hissəsinə start verdi

Yanvarın 11-dən Bakıda qış hazırlığı üçün bir araya gələn “Kəpəz” dəniz kənarında iki günlük məşqlərdən sonra bu gün toplanışın əsas hissəsinə start verib.

Newsport.az-ın məlumatına görə, komanda Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında qalır.

“Sarı-göylər” burada 8 günlük təlim-məşq toplanışında olacaq. Futbolçular bu müddət ərzində saat 11:00 və 16:00-da olmaqla gündə iki dəfə məşqə çıxacaq. Gəncə klubu toplanış dövründə 4 yoxlama matçı da keçirəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right