"Qəbələ" mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya bölgəsində davam etdirir.
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" təlim məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünü keçirib. Roman Qriqorçukun yetirmələri Albaniyanın "Partizani" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma "Qəbələ"nin 1 - 2 hesablı məğlubiyyəti ilə yükunlaşıb. Əyalət təmsilçisinin yeganə qolunu Nika Kvekveskiri vurub.