"Neftçi"dən qovulan futbolçu "Dinamo" yolunda

Mövsümün gedişində "Neftçi"dən ayrılan Vançe Şikov özünə klub axtarmaqda davam edir.

 

Newsport.az xəbər verir ki, 1 aydır ki, klubsuz olan müdafiəçi Rumıniyanın "Dinamo" klubuna təklif olunub. Buxarest təmsilçisi müdafiədə olan boşluğu nəzərə alaraq, azad agent statusu daşıyan oyunçunu heyətinə cəlb edə bilər.

 

Transferin yaxın günlərdə baş tutacağı gözlənilir.

 

Makedoniya millisinin də üzvü olan 31 yaşlı futbolçu "Neftçi"də 9 oyun keçirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right