Tsxadadze fəxri vətəndaş seçildi

"İnter" komandasının baş məşqçisi Kaxaber Tsxadadze Gürcüstanın Rustavi şəhərində anadan olub, bu şəhərdə futbolla tanış olub, futbolçu kimi ilk peşəkar addımlarını da bu şəhərdə atıb. 

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, gürcüstanlı çalışdırıcı doğma şəhərində yaxşı tanınır və şəhər sakini kimi onun hər bir uğuruna sevinirlər. Bu günlərdə də şəhər meriyası tərəfindən təşkil edilmiş tədbirdə Kaxaber Tsxadadze Rustavinin fəxri vətəndaşı adına layiq görülüb, şəhərin idman sahəsində xidmətləri yüksək qiymətləndirilib. 
 
Mərasimdə şəhər meri David Cikiya və digər rəsmi şəxslər də iştirak ediblər.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right