“Reynaldo siyahıda olan adlardan biridir"

Türkiyə Superliqasında mübarizə aparan “Adanaspor” klubunun baş məşqçisi Levent Şahin “Qarabağ”ın braziliyalı hücumçusu Reynaldonu transfer etmək istədiklərini təsdiq edib.

Newsport.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis bu keçidi həll etmək üçün danışıqlar apardıqlarını deyib. 

Çalışdırıcı bildirib ki, Reynaldonun transferi alınmazsa, başqa hücumçu axtaracaqlar:

“Bizə bir hücumçu lazımdır. Reynaldo siyahıda olan adlardan biridir. Bu transferi rəhbərlik həll etmək istəyir. Amma hələ heç nə dəqiqləşməyib”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right