Saşa Stamenkoviç "Neftçi"ni yada saldı Tənqid olundu

Qazaxıstanın “Okjetpes” klubunun məşqində maraqlı hadisə baş verib.

 

Newsport.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışında olan klubun qolkiperi Saşa Stamenkoviç məşqə öz klubunun yox, sabiq komandası “Neftçi”nin forması ilə çıxıb.

 

Onun bu hərəkətini yerli media yaxşı qarşılamayıb. Saşanı buna görə tənqid ediblər.

 

32 yaşlı serbiyalı qapıçı 2011/15-ci illərdə “Neftçi”də forma geyinib, Azərbaycan çempionu, ölkə kubokunun qalibi olub, Avropa Liqasının qrup mərhələsində iştirak edib. “Okjetpes”də Saşa Stamenkoviçlə “Neftçi”də birgə oynamış Samir Məsimov da var.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right