"Qarabağ"ın Antalyada 8-ci günündə 2 məşq

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda hazırlığın səkkizinci gününü iki məşqlə başa vurub. Günün ikinci məşqi yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat18:00) start götürüb. Günün ilk məşqindən fərqli olaraq, bu hazırlıqda toplu çalışmalara üstünlük verilib. Məşq təxminən 90 dəqiqə davam edib.

Ağdam klubununun iki futbolçusu Elşən Abdullayev və Reynaldo Silva fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib.

Komandanın sabah üçün bir məşqi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right