Daha bir Super Liqa klubu Reynaldonu istəyir

Braziliyalı futbolçu Reynaldo "Qarabağ"ı tərk edə bilər. 

 

Newsport.az xəbər verir ki, "sambaçı"nın xidmətində Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubu maraqlıdır. Türkiyə mətbuatında yer alan xəbərə görə, Adana təmsilçisi artıq "Qarabağ"a rəsmi təklif də göndərib. Klublar arasında razılıq əldə olunsa, Reynaldo yaxın günlərdə Super Liqa klubu ilə münasibətlərini rəsmiləşdirəcək. 


Qeyd edək ki, daha öncə "Gənclərbirliyi" Reynaldonu icarəyə götürmək istəsə də, bu keçid baş tutmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right