Ötən ay açıqlanan siyahıdan sonra heç bir rəsmi matça çıxmayan millimizin də xal və mövqeyi dəyişməz qalıb. Ötən ay olduğu kimi, bu ay da komandamızın aktivində 386 xal var.
Bu nəticə ilə millimiz 90-cı pillədə qalıb. Ancaq artıq Toqo millisi yığmamıza çatıb. Eyni xala malik komandalar 90-cı pilləyə şərikdi.

























