Ruslan Abışov rəsmən "Neftçi"də

“Neftçi” transfer işlərini davam etdirir.
 
Newsport.az xəbər verir ki, "ağ-qaralar" komandamızın üzvü Ruslan Abışovla il yarım müddətinə müqavilə bağlayıb. “Neftçi”nin yetirməsi olan 29 yaşlı müdafiəçi 2012-ci ilədək “ağ-qara” formanı geyinib. Bundan sonra “Xəzər Lənkəran”, “Rubin” (Rusiya) və “Qəbələ” klublarında çıxış etmiş Ruslan Abışov 2009-cu ildən milli komandamızın şərəfini qoruyur.
 
Qeyd edək ki, bu, "Neftçi"nin sayca 8-ci transferi olub. Paytaxt klubu daha öncə  Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov, Pavel Dreksa və Pavel Paşayevi rənglərinə bağlamışdı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right