Veteranlar millimiz beynəlxalq turnirdə iştirak edib

Futbol veteranlarından ibarət Azərbaycan milli komandası yanvarın 15-də Gürcüstanın paytaxtı Tbilisidə 1 il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş gürcü futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunmuş beynəlxalq mini-futbol turnirində iştirak edəcək.

Newsport.az-ın məlumatına görə, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Gürcüstan, Azərbaycan, İspaniya, Türkiyə, Ukrayna və UEFA-nın yığma komandasının qatılacağı turnirdə millimiz yarımfinala vəsiqə qazanmaq üçün İspaniya və Ukraynanın futbol veteranları ilə mübarizə aparacaq.

Tuurnirə yollanacaq veteran futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Oqtay Abdullayev, Rüstəm Rəhimov, Asim Xudiyev, Hüseyn Məhəmmədov, Marat Salyanski, Arif Əsədov, Nadir Əliyev, Nazim Süleymanov, Vidadi Rzayev, Əli Abışov, Ağatahir Əzimov, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Mahmud Qurbanov, Allahverdi Babayev

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right